Marketinq üzrə mütəxəssis

Vakansiya: Marketinq üzrə mütəxəssis
Bani Seminariyası fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar olaraq Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Seminariyanın ümumi marketinq strategiyasının hazırlanması və icrasının təmin edilməsi
  • Sosial media platformaları üzrə kontent planının hazırlanması və idarə olunması
  • Rəqəmsal reklam kampaniyalarının (Meta Ads, Google Ads və s.) planlanması, icrası və optimizasiyası
  • Təhsil xidmətlərinin təşviqi məqsədilə kampaniya və layihələrin hazırlanması
  • Bazar araşdırmalarının aparılması və rəqib analizlərinin həyata keçirilməsi
  • Marketinq fəaliyyətlərinin nəticələrinin təhlili və müvafiq hesabatların hazırlanması
  • Qəbul prosesinin dəstəklənməsi və potensial müraciət axınının artırılması

 

Namizədə tələblər:

  • Marketinq, biznes idarəçiliyi və ya müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi
  • Rəqəmsal marketinq alətləri və sosial media idarəetməsi üzrə biliklər
  • Analitik düşünmə və strateji yanaşma bacarığı
  • Yazılı və şifahi kommunikasiya bacarıqları
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı

 

Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 055 720 20 25S