BANİ Məktəbi

“Təhsildə 16 illik təcrübəyə malik Bani Seminariyası və Azərbaycanın aparıcı özəl məktəbi olan LANDAU School-un əməkdaşlığı ilə Gəncədə tətbiq olunan yeni və innovativ tədris modelidir.”

Tədris sistemi

Məktəbimizdə tədris sistemi dövlət proqramına uyğun olaraq peşəkar müəllim heyəti tərəfindən həyata keçirilir. Xarici dil, Riyaziyyat və İnformatika fənləri üzrə dərs yükü artırılaraq daha da gücləndirilmiş və sistemli şəkildə təşkil olunur, bəzi fənlər isə ingilis dilində tədris edilir. Dərslər DİM və beynəlxalq standartlara uyğun şəkildə qurularaq şagirdlərin akademik və dil bacarıqlarının inkişafını dəstəkləyir.

Güclü fundamental baza

Güclü fundamental baza

5–8-ci siniflərdə lisey modeli əsasında şagirdlərin hər bir fənn üzrə fundamental biliklərini formalaşdırır, analitik düşünmə və müstəqil öyrənmə bacarıqlarını inkişaf etdiririk.

Milli və Kembric kurikulumlarının inteqrasiyası

Milli və Kembric kurikulumlarının inteqrasiyası

5–8-ci siniflərdə milli kurikulumun fundamental akademik bazası Kembric kurikulumunun beynəlxalq təhsil yanaşması ilə inteqrasiya olunur.

STEAM əsaslı təhsil

STEAM əsaslı təhsil

Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən layihələr vasitəsilə şagirdlərin yaradıcı düşünmə, komanda işi, problem həll etmə və praktik tətbiq bacarıqlarını inkişaf etdiririk.

Məktəb rəhbərindən

Bünyad Balakişiyev

“Bani Məktəbi” olaraq inanırıq ki, uğurlu gələcək erkən yaşlardan formalaşır. Məhz buna görə 5–7-ci sinif şagirdlərimiz üçün yalnız məktəb proqramını deyil, eyni zamanda analitik düşünmə, məntiqi təhlil, özünüifadə və düzgün öyrənmə vərdişlərini inkişaf etdirən müasir təhsil mühiti yaradırıq.

Bu yaş dövrü uşaqların gələcək akademik uğurlarının təməlini təşkil edir. Təcrübəli müəllimlərimizin dəstəyi və fərdi yanaşma sayəsində hər bir şagirdin potensialını üzə çıxarmağı və onu növbəti təhsil mərhələlərinə inamla hazırlamağı hədəfləyirik.

Valideynlərimizlə sıx əməkdaşlıq edərək övladlarınızın inkişafını daim izləyir, onların bilik və bacarıqlarını sistemli şəkildə formalaşdırırıq.

Məqsədimiz yalnız yüksək nəticələr deyil, özünə güvənən, düşünən və gələcəyini qurmağa hazır gənclər yetişdirməkdir.

Bünyad Balakişiyev

“Bani Abituriyent Məktəbi”nin təsisçisi və baş direktoru

FAQ

Məktəbin lisenziyası var?

Bəli. Məktəbimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Məktəbi bitirən şagirdlərə təqdim olunan attestat bütün dövlət müəssisələri, yerli və beynəlxalq universitetlər tərəfindən rəsmi şəkildə qəbul edilir.

Dövlət məktəbi ilə fərqiniz nədir?

Dərslərimiz DİM və beynəlxalq tədris standartlarına uyğun, peşəkar yanaşma əsasında təşkil olunur. Şagirdlərin bilik və bacarıqları möhkəm təməl üzərində formalaşdırılır və onların gələcəkdə universitetə hazırlığı üçün əlavə dəstəyə, kursa və repetitor yanına getməyə ehtiyacı qalmır. Tədris prosesi müasir metodlarla həyata keçirilir, bəzi fənlərin ingilis dilində tədrisi isə şagirdlərin dil bacarıqlarının inkişafını dəstəkləyir.

Niyə ibtidai siniflər üzrə qəbul yoxdur?

Növbəti tədris ilindən etibarən liseyimiz açılacaq və yeni binada fəaliyyət göstərəcək. Tədris prosesinin daha geniş və sistemli şəkildə təşkili məqsədilə ibtidai siniflər üzrə də qəbulun həyata keçirilməsi nəzərdə tutulur.

Tədris hansı bölmələr üzrə aparılacaq?

Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərəcək. Azərbaycan bölməsində dərslər Azərbaycan və ingilis dillərində, rus bölməsində isə rus və ingilis dillərində hibrid formada tədris olunacaq. Bu yanaşma şagirdlərin həm akademik biliklərini, həm də xarici dil bacarıqlarını paralel şəkildə inkişaf etdirməsinə imkan yaradır.

Məktəbdə hansı fənlər tədris edilir?

Məktəbdə dövlət proqramına uyğun olaraq bütün əsas fənlər peşəkar müəllim heyəti tərəfindən tədris olunur. Eyni zamanda Xarici dil, Riyaziyyat və İnformatika fənləri üzrə dərs yükü artırılaraq daha da gücləndirilmiş və sistemli formada təşkil edilir.

Tədris neçə növbəlidir?

Tədris prosesi həm səhər, həm də günorta növbəsi üzrə təşkil edilir. Siniflərin növbə qrafiki isə tədris ilinin başlanğıcında əvvəlcədən müəyyən olunur və valideynlərə rəsmi şəkildə məlumat verilir.

Sinifdə neçə şagird olacaq?

Siniflərimiz maksimum 16 nəfərdən ibarət olur. Bu say müəllimə hər bir şagirdlə ayrıca işləməyə, onun səviyyəsini yaxından izləməyə və fərdi ehtiyaclarına uyğun dəstək verməyə tam imkan yaradır.