Xarici dili asanlıqla öyrənməyin 7 yolu.
Doğulduğumuz, yaşadığımız ölkənin dilini hələ uşaq yaşlarından öyrənməyə başlayırıq. Mövcud mühitimizin dilini öyrənmək nə qədər asan olsa da, xarici bir dili öyrənmək nisbətən daha çətin sayılır. Yeni bir dil öyrənmək bizə iş imkanları, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanışma şansı, həmin dilin işləndiyi ölkələrdə rahat səyahət etmə fürsətləri verir. Bəs bütün bu imkanlara asanlıqla yiyələnmək üçün yeni dil öyrənərkən hansı yollardan istifadə etməliyik?
Güclü motivasiya xarici dil öyrənərkən ən vacib amil sayılır. Bunun üçün öncə seçdiyiniz dili niyə öyrənmək istədiyinizi müəyyənləşdirməlisiniz. Məsələn, səyahət etmək, iş imkanlarını artırmaq və ya mədəni zənginləşmə əldə etmək kimi səbəblər sizi motivasiya edə bilər.
Öyrənmək istədiyiniz dildə konkret məqsədlər qoymaq sizə aydın yol xəritəsi verəcək. Məqsədlərinizi ölçülə bilən, əldə edilə bilən, məhdud vaxta malik və konkret (SMART) edin. Məsələn, "1 il ərzində ispan dilində danışmaq" kimi bir məqsəd qoya bilərsiniz.
Dil öyrənməkdə sizə əsas kömək edəcək şey gündəlik olaraq dil məşqləri etməkdir. Hər gün öyrəndiklərinizi təkrarlamaq, həmin dildə məqalə oxumaq, video izləmək sizə çox kömək edəcək.
Dil kursları sizə yeni dil öyrənmə prosesində peşəkar bələdçi ola bilər. Müəllimlərin qurduğu professional sistem ilə siz bu dönəmi daha asanlıqla keçə bilərsiniz. Bani Seminariyasının müəllimləri bu yolda ən yaxşı bələdçiniz ola bilər.
Maraqlarınıza uyğun metod təyin etmək öyrənməyi sizin üçün daha əyləncəli edə bilər. Məsələn, hobbinizlə bağlı məqalələr oxuya və ya sevdiyiniz seriala həmin dildə baxa bilərsiniz. Davamlı olaraq yeni dilinizdə mahnılar dinləmək də uğurlu metodlardan sayılır.
Öyrənərkən sizinlə birgə bu yoldan keçən birinin olduğunu bilmək sizi daha səbirli edəcək. Yeni biliklərinizi paylaşmaq, müzakirə etmək, eyni dildə danışacağınız birinin olması sizi uğura daha qısa yolla aparacaq.
Xarici dil öyrənmək vaxt və zəhmət tələb edən bir proses olsa da, bu addımlarla daha asan və daha maraqlı şəkildə yeni dilə yiyələnə bilərsiniz. Əsas odur ki, müntəzəm məşqlər edin və özünüzə inanın olun. Unutmayın ki, dil öyrənmək bir bacarıqdır və təcrübə ilə təkmilləşdirilir.