Özünü nəticələrlə doğrultmuş “9–11 Hazırlıq Məktəbi”nin kurs əsaslı təhsil modeli artıq Gəncədə də tətbiq olunur. Bu model əsasında 8–11-ci siniflər üçün “Bani Abituriyent Məktəbi” yaradılıb. Burada şagirdlərə vahid məkanda həm attestat almaq, həm də imtahanlara hazırlaşmaq imkanı yaradılır. Beləliklə, şagirdlər məktəb daxilində seçdikləri proqram üzrə yerli və xarici qəbul imtahanlarına hazırlaşırlar.
Sistemli proqram sayəsində şagirdlər seçdikləri proqrama uyğun şəkildə yerli və xarici qəbul imtahanlarına məqsədyönlü şəkildə hazırlaşırlar.
Kurs əsaslı məktəb modelində şagirdlər proqramdan yayınmadan hazırlığa fokuslanır və eyni məkanda attestat aldıqları üçün vaxtlarını səmərəli istifadə edərək imtahana yönəlirlər.
İllik təhsil haqqı ödənişinin 10 aya bölünməsi imkanı valideynlərin təhsil xərclərini daha rahat planlaşdırmasına şərait yaradır.
Məktəbdə təhlükəsiz və dəstəkverici mühit şagirdlərin dərsə fokuslanmasına və yüksək nəticələr əldə etməsinə şərait yaradır.
"Bani Abituriyent Məktəbi" 8–11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Abituriyent məktəbi sayəsində şagirdlər məktəb və əlavə hazırlıq arasında seçim etmək məcburiyyətində qalmır,effektiv dərs rejimi ilə vaxtlarını daha səmərəli planlaşdırır və diqqətlərini əsas hədəflərinə yönəldirlər. Burada şagirdlər həm buraxılış, həm də seçdikləri proqram üzrə imtahanla sistemli şəkildə hazırlaşmaq imkanı əldə edirlər
2026/2027-ci tədris ili üçün dərslər 1 növbəli şəkildə tədris olunur.
Abituriyent məktəbində Azərbaycan və rus bölmələri mövcuddur.
- İlkin olaraq "bani.az" saytında "Müraciət edin" bölməsindən "Bani Abituriyent Məktəbi by Landau"nu seçərək müraciət formasını doldurursunuz (valideyn və ya valideynin sorğusuna əsasən məktəb nümayəndəsi tərəfindən);
- Daha sonra şagirdin təhsil alacağı proqramdan asılı olaraq müvafiq fənlər üzrə yoxlama testi yazılır;
- Sonuncu addımda isə müqavilə imzalanır.
Məktəbi bitirən şagirdlər Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi attestat əldə edəcəklər.
“Bani Abituriyent Məktəbi”ndə dərslər 1 sentyabr tarixində başlayır və 10 ay müddətində davam edir.
Gəncə Şəhəri, Mir Cəlal Paşayev küçəsi, giriş 7
(Yeni Gəncə)