Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 50b
10/16/2023 1317

İnsan resursları sahəsində çalışanlar maaşı nə qədərdir?

İnsan resursları sahəsində çalışanlar maaşı nə qədərdir?

 

Yaşadığımız həyatın böyük bir hissəsini işdə keçiririk. Bu səbəblə işimizi sevmək çox önəmlidir. İşimizi sevmək üçün iş mühitimiz, o işi görərkən aldığımız zövq önəmli faktor olsa da, bu işin bizə verdiyi maddiyat da çox önəmlidir. Çünki biz işləyərkən ən birincisi zamanımızı satırıq. Zamanımız isə hər birimiz üçün əvəzolunmaz bir məhfumdur.

 

Bildiyiniz kimi Bani seminariyası İnsan resursları üzrə tələbələr hazırlayır və uğurlu nəticələr əldə edir. Bəs o tələbələrin maaşı ölkəmiz üçün ortalama nə qədərdir?

 

Aparılan araşdırmalara görə insan resursları əməkdaşları ortalama 1500 AZN əməkhaqqı müqabilində çalışırlar. Bəs bu ortalamanı nə təyin edir? Bu əməkdaşların işlədikləri şirkətlərin böyüklüyündən asılıdır. Ən kiçik şirkətlərdə İR mütəxəssislərinin 800 AZN maaşla işlədiyi bildirilir. Böyük şirkətlərdə isə bu məbləğ 3000-4000 AZN arası dəyişir. Nəzərə alsaq ki, bu ölkəmiz üçün heç də pis olmayan bir maaşdır, bu ixtisasa yiyələnməklə siz özünüz üçün uğurlu və yaxşı maddiyyatlı karyera qura bilərsiniz. Bu sahənin üstünlüyü ondadır ki, təhsili İR ixtisası üzrə almasanız belə kurs vasitəsi ilə mütəxəssis olaraq çalışa bilərsiniz. Diqqətinizə çatdırmaq istəyirik ki, Bani seminariyası olaraq peşəkar İR kadrları yetişdirmək bizim işimizdir. Siz də kursumuza qatılaraq qısa müddətdə mütəxəssis ola bilərsiniz.