Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 50b
10/16/2023 726

Özgüvənimizin həyatımızdakı əvəzolunmaz rolu

Özgüvənimizin həyatımızdakı əvəzolunmaz rolu

 

Həyatımızda yaşadığımız bir çox uğursuzluqlara dönüb baxanda əsas səbəbin özümüzə inanmadığımız üçün etmədiyimiz risklər, neqativ fikirlər, “bacarmaram” qorxusunun olduğunu açıq şəkildə görə bilərik. Bəs bu problem necə yaranır?

Bir işə başlayarkən o işin uğurla nəticələnməsinin başlıca köməkçisi bizim özgüvənimizdir. Özgüvənli insanlar hər zaman daha uğurlu, parlaq, sevilib-seçilən insanlar olur. Çünki onların bu həyata qarşı ən güclü silahı özlərinə olan sevgiləridir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, fərddə mövcud olan özgüvən dərəcəsi böyüdüyü mühitdə ona verilən dəyərdən asılı olaraq dəyişir. Özgüvən insan həyatının istənilən bölməsinə xüsusi təsir edir.

Bu müsbət xüsusiyyət iş həyatında əhəmiyyətli bir faktordur. Özünə güvənən işçilər daha çox rəhbər vəzifələrə yüksəlir və işdə daha effektiv ünsiyyət qururlar. Onlar çətinliklə üzləşdikdə təslim olmaq əvəzinə həll yolları axtarırlar, asanlıqla riskə gedirlər. Özgüvənli insanlar daha cəlbedici, inamlı bir auraya sahib olduqları üçün şəxsi münasibətlərdə də uğurlu olurlar. Onlar daim özlərinin daha yaxşı versiyası olmaq üçün çalışır, inkişaflarına xüsusi diqqət yetirirlər.

 

Bəs özgüvəni necə artırmaq olar?

 

Qarşınıza kiçik hədəflər qoyun. Bu hədəflər üzrə uğurlara nail olduqda özünüzə inamınızın artdığını görəcəksiniz. Hər bir uğur daha böyük hədəflərə doğru irəliləməyə kömək edəcək.

Özünüzlə hər zaman xoş danışın. Daxilinizdə özünüzü tənqid etmək əvəzinə özünüzə güvəndiyinizi təkrarlayın.

Bacarıqlarınızı təkmilləşdirin, istedad və bacarıqlarınızı təkmilləşdirmək üçün daim çalışın. Çünki yeni şeylər öyrənmək özünüzə inamınızı artıra bilər.

Özünüzü qəbul edin. Unutmayın ki, siz mükəmməl olmaq məcburiyyətində deyilsiniz.

Başqalarına kömək edin. İnsanlara faydalı olduğunuzu gördükcə özünüzü daha çox sevəcəksiniz.

 

Özünüzə olan inamınız uğur və xoşbəxtliyinizin vacib hissəsidir. Əgər özünüzə olan inamınızda əskiklik hiss edirsinizsə Bani seminariyasının “Şəxsi inkişaf ” təlimində bu probleminizi tamamilə aradan qaldıra bilərsiniz.