Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 50b
10/16/2023 829

"21 gün qaydası:  Vərdişlərini dəyişməyin sirri"

"21 gün qaydası:  Vərdişlərini dəyişməyin sirri"

 

Vərdişlərimiz gündəlik həyatımızda önəmli rol oynayır. Yaxşı vərdişlər bizi uğura, xoşbəxtliyə və sağlamlığa aparsa da, pis vərdişlər mənfi nəticələrə gətirib çıxara bilər. Vərdişləri dəyişdirmək bəzilərimiz üçün çox çətin olsa da, primitiv “21 gün qaydası” ilə mənfi vərdişlərimizi özümüzdən uzaqlaşdıra bilərik.

 

Sual yaranır: “Niyə 21 Gün?”

 

Bu qaydanın 21 gün olaraq təyin edilməsinin səbəbləri var. İlk olaraq 21 gün ərzində bir hərəkəti davamlı olaraq təkrarlamaq beynimizin bunu vərdiş olaraq qəbul etməsi üçün yetərli bir müddət kimi qəbul edilir. Digər tərəfdən isə bu müddət ərzində təkrarlanan davranışlar sinir yollarını gücləndirir və təkrarlanan hərəkətlərin vərdiş kimi kök salmasına kömək edir.

 

21 gün qaydasını necə tətbiq etmək lazımdır?

 

Məqsədizi dəqiqləşdirmək: Öncə etməli olduğunuz dəyişdirmək istədiyiniz vərdişi müəyyənləşdirmək və bu vərdişi necə dəyişdirəcəyinizi düşünməkdir.

 

İzləmə: 21 gün ərzində hər gün vərdişinizi izləmək və qeydə almaq çox vacibdir. Dəftərdə yazmaq və ya proqramdan istifadə etmək nəticələrinizi görmək üçün faydalı olacaq və sizə situmul verəcək.

 

Kiçik addımlarla başlamaq: Böyük dəyişikliklərdənsə, kiçik, davamlı addımlarla başlamaq hər zaman daha təsirlidir. Məsələn, idman etməyə başlayırsınızsa, hər gün bir neçə dəqiqə gəzməklə başlaya bilərsiniz. Kitab oxuma vərdişi yaratmaq istəyirsinizsə, hər gün 21 səhifə oxumaq sizə yetərli olacaq.

 

Səbir: Vərdişləri dəyişdirmək vaxt apara, bəzən isə çətin ola bilər. Ancaq səbirli olmaq və kiçik uğurları qeyd etmək motivasiyanızı artıraraq sizi uğurla qovuşduracaq.

 

21 gün qaydası işə yarayırmı?

 

21 gün qaydası hamı üçün eyni işləməyə bilər. Araşdırmalar göstərir ki, yeni bir vərdişin kök salması üçün tələb olunan vaxt insandan insana dəyişə bilər. Bəzi insanlar üçün 21 gün kifayət ola bilər, bəziləri üçün isə daha uzun müddət tələb oluna bilər. Əsas odur ki, davamlılıq və qətiyyət göstərəsiniz.

 

Nəticə: Dəyişiklik mümkündür!

 

Unutmayın ki, vərdişlərinizi dəyişə bilərsiniz. Uğurlu olmaq üçün kiçikdən başlayın, irəliləyişinizi izləyin və səbirli olun. Yeni vərdişlər yaratmaq və ya pis vərdişlərdən imtina etmək daha sağlam, xoşbəxt bir həyatın qapılarını üzünüzə açacaq.